anlam.com_2_ewdcsygwedv, 9 May 2025
Azərbaycan və Türkiyə üçün şad xəbər: Pakistanın J-10 qırıcısı Hindistanın Rafale qırıcısını vurub salıb.
Amerika rəsmiləri Pakistan ordusuna aid Çin istehsalı qırıcının iki Hindistan döyüş təyyarəsini vurduğunu təsdiqləyirlər. İnternational Afghanistan xəbər agentliyinin məlumatına görə, iki ABŞ rəsmisi Reuters-ə bildirib ki, Pakistan Hərbi Hava Qüvvələrinə məxsus, Çin istehsalı olan təkmil bir qırıcı təyyarə mayın 7-də (çərşənbə günü) Hindistanın ən azı iki hərbi təyyarəsini vurub sala bilib.
Onların sözlərinə görə, bu nailiyyət Çin aviasiya sənayesi üçün mühüm bir dönüş nöqtəsidir. Rəsmilərdən biri yüksək əminliklə bildirib ki, Pakistan Hindistan qırıcılarına “hava-hava” tipli raket atmaq üçün Çin istehsalı olan J-10 qırıcısından istifadə edib və nəticədə ən azı iki təyyarəni məhv edib. Digər ABŞ rəsmisi əlavə edib ki, vurulan Hindistan təyyarələrindən ən azı biri Fransanın Rafale döyüş təyyarəsi olub.
Bu xəbər Azərbaycan Respublikası üçün xüsusilə böyük əhəmiyyət daşıyır. Çünki Azərbaycan 2024-cü ilin oktyabr ayında Pakistanla üçüncü seriya “JF-17” döyüş təyyarələrinin alınması barədə müqavilə imzalayıb.
Ötən ilin iyul ayında Azərbaycan Prezidenti İlham Əliyevin İslamabada rəsmi səfəri zamanı iki ölkə arasında müdafiə müqaviləsinin imzalanması yekunlaşdırılıb. Müqaviləyə əsasən, Pakistan Hərbi Hava Qüvvələri Azərbaycanın hava potensialını gücləndirmək məqsədilə bu ölkəyə “JF-17 Thunder” qırıcılarını satır. “Thunder” isə J-10-un növbəti nəslidir.
Bu sövdələşmənin dəyəri bir milyard altı yüz milyon dollar təşkil edir.
Bu xəbər Türkiyə üçün də vacibdir. Çünki Fransanın “Rafale” qırıcılarını Yunanıstana satması iki ölkə arasındakı hərbi tarazlığı dəyişmişdi. Türkiyə Pakistanla olan strateji münasibətlərindən istifadə edərək, Pakistan ordusu tərəfindən atılan raketlər və qırıcının necə vurulması barədə bütün məlumatları qəbul edəcək. Bu, dünyada ilk dəfə vurulan “Rafale” qırıcısıdır.
