Bahadır GÜCÜYETER
“İran Türk hekayə ve romanında Dede Qrqudun izləri” məqləsindən bir parça
Məhdud vaxt içərisində Dədə Qorqud təsirindən bəhs edəcəyimiz ad isə Eyvaz Taha olacaq. Həm ədəbiyyat və dil nəzəriyyələri mövzusunda, həm də hekayə və roman sahəsində İran Türklüyünün yetişdirdiyi gənc istedadlardan biri olan Eyvaz Tahanın Qürşün hardan açıldı romanında da Dədə Qorqudun izlərini görməyimiz mümkündür.
Postmodern üslubda yazılan bu roman, özündə bir çox mədəni ünsürü ehtiva etməkdədir. Dədə Qorqud Boylarında tez-tez rast gəldiyimiz xalq təbabəti tətbiqlərinə Eyvaz Taha da yer vermişdir. Bundan əlavə, roman qəhrəmanının anası oğluna bir nəzərlik verir və bu boncuk sayəsində artıq ona heç kimin hər hansı bir zərər verə bilməyəcəyini söyləyir [Taha 2006: 72]. Bu durumun bənzəri Basatın Təpəgözü öldürməsi boyunda qarşımıza çıxır. Təpəgözün pəri anası da roman qəhrəmanının anasının etdiyinin bir bənzərini edir və Təpəgözə zərər gəlməməsi üçün onun barmağına bir üzük taxır.
Romanda diqqət çəkən əhəmiyyətli bir məqam da xüsusilə aşıqların və yaşlı kişilərin cəmiyyətdəki dəyəri və ağırlığıdır. Bunu yazar, Ayazbəyli və Sarıxanbəyli tayfaları arasında çıxan davanı danışarkən davanın necə sona çatdırıla biləcəyini izah edir:
“Sözü ağzında ġaldı. Sapand daşı deymişdi alnının ortasından. Bu da döyüşün başlangıcı démek idi. Harayçılıġ burda kâra gelir. Harayçı olmadı. Ġopuz atan, yaylıġ seren olsaydı tutaġlaşma başlamayacaġdı. Ġasebenin âşıġı ölenden beri, daha ġopuz atan olmur. Ağ saġġallar déyirler, -ġebrine nur yağsın kişinin, ġopuzu adamların üstüne atan kimi dâva kesilirdi. Sözünden çıhan olmurdu onun. İndi ümidimiz önce Allah‘adır, sonra yaylığa. Öten döne üç gün, üç géce ġanlı toġġuşmaların ardınca yéne de yaylıġ dadımıza çattı. Nenem ağ yaylığını ġarşı tayfa döyüşçülerinin ayağı altına serdikde, vuruşma dayandı. Bizimkiler nenenin bu işine acısalar da ġarşı tayfa adamları bir sesle: -Nenenin yaylığından kéçmek olmaz, ağaçları yére atın!- dediler” [[Taha 2006: 39]. Eyvaz Taha burada Dədə Qorqud ənənəsinin bir yansımasını gözlər önünə sərir. Hamımızın məlumatı olduğu kimi Dədə Qorqud, Oğuzun bilicisi idi və kimin nə çətinliyi olsa ona danışırdı və onun dediyindən kənarda da iş görməzdilər. Romanda ifadə edilən şəkildə aşığın qopuzunu döyüşən şəxslərin arasına atması və bunun üzərinə döyüşənlərin davanı dayandırmaları Qorqud Ata ənənəsini davam etdirən aşıqa göstərilən hörməti gözlər önünə sərməkdədir.
Nəticə olaraq Qərb mənasında hekayə və roman janrının müxtəlif səbəblərlə olduqca gec bir dövrdə ortaya çıxması və tətbiq edilən təzyiqlər səbəbindən şifahi ənənə İran Türklüyü arasında olduqca inkişaf etmişdir. Şifahi ənənəni davam etdirən aşıqlar dastanları və xalq hekayələrini çatdırma vəzifəsini uğurla yerinə yetirmişlər.
Nəqletməyə bağlı ədəbi mətnlər sahəsində əsər verən sənətkarlar da bu qaynaqdan bəsləndikləri üçün əsərlərində istifadə etdikləri üslubda və nəqletmə biçimlərində Dədə Qorqudun izlərini fərqli şəkillərdə görmək mümkündür. Yazılan digər əsərlər də bu gözlə incələndiyində bu durum daha da aydın olaraq anlaşılacaqdır.
QaynaqI
Bahadır GÜCÜYETER, İran Türk Hikâye ve Romanında Dede Korkut’un İzleri, Türk Dünyası İncelemeleri Dergisi/Journal of Turkish World Studies ,15/2 Kış-Winter 2015, ss. 92-93
Traces of Dede Korkut in Iran Turkish Stories and Novels
