PƏkrəm Rəhimlinin topladığı pişəvəriyə aid istintaq materiallarıdırnda Pəhləvi rejiminin
azad düşüncə və demokratiyaya qarşı zorakılıq və amansızlığı öz əksini tapmışdı. İstintaq materiallarında S.C.Pişəvərinin dönməzliyi,
mətanəti və qarşı tərəfə göstərdiyi mətinlik geniş aspektdə öz əksini tapmışdı.
Kitab geniş oxucu kütləsi və Pişəvərisevər oxucular üçün nəzərdə tutul
SÖZ ARDI
Rza xan polisi 1309-cu ildə dey ayının 6-da (27 dekabr
1930) bir sıra qabaqcıl nümayəndələrlə birlikdə S.C.Pişəvərini
də həbsə almışlar. Həmin tarixdən 11 il müddətində onu
həbsdə saxlamışlar. Lakin Qəsri-Qacar adlanan dəhşətli zin
danındakı cəza və işgəncələr S.C.Pişəvərinin iradəsini qır
mağa qadir olmamışdı. O, ən ağır polis təzyiqləri və olmazın
əzab-işgəncələrə mətanətlə tab gətirmiş, öz mübarizə yolun
dan azacıq belə geri çəkilməmişdi. S.C.Pişəvəri həyatının o
dövrü haqqında danışarkən demişdi: “1309-cu ilin dey ayının
6-da 35 yaşında Rza xan polisi məni həbsə aldı. Yoldaşlarımın
əksəriyyəti zindanda böyük müqavimət və mətanət göstərdilər.
Biz dayandıq, vuruşduq, həftələrlə yemədik, haqq sözlərimizi
deməkdən çəkinmədik. Öz əməlləri haqqında özlərini müdafiə
etməkdən insanlar çəkinən günlərdə bizim səsimiz həmişə uca
lırdı. Rza xan polisi bizimlə hesablaşmaq məcburiyyətində qa
lırdı.” S.C.Pişəvəri daha sonra yazır ki, biz səkkiz il zindanda
qalarkən burada bizdən başqa siyasi məhbus yox idi. Rza xan
bütün cəlladlıq dəsgahını tam mənasında bizim əleyhimizə
yönəltmişdi. Tədrici ölümlə bizi məhv etmək istəyirdilər. Ən
yaxşı dostlarımızı itirdik. Özümüz də fiziki cəhətdən ayaq
dan düşdük. Lakin əhval-ruhiyyəmiz qüvvətli olduğu üçün
mübarizəni davam etdirdik. Nəhayət 8 ildən sonra 53 nəfəri bi
zim yanımıza gətirdilər… O, bu hadisəni İran azadlıqsevərləri
daxilində mübarizə əhval-ruhiyyəsinin yüksəlməsi və Rza xan
diktaturasının acizliyi əlaməti kimi qiymətləndirir. O, zinda
na təzə gətirilmiş gənc mübarizlərə öz təcrübələrini öyrədirdi.
S.C.Pişəvəri həmin dövrü xatırlayaraq deyirdi ki, 53 nəfər bizi
görüb ruhlanırdılar, bizdən mənəvi qida alırdılar. İran tarixində
qızıl hərflərlə yazılması zəruri olan cəsarət və fədakarlıqlar gös
tə rirdilər. İran ziyalılarının gözü və çırağı hesab olunan doktorlar
və professorlar yetkin siyasi mübarizlər kimi aclıq elan etdilər,
döyüşdülər, döyüldülər, polisin təhqirlərini acı gülüş və isteh
za ilə qarşıladılar. Böyük qurbanlar onları qorxutmayıb daha da
həyəcanlandırdı və cəsarətləndirdi.
Yazı S.C.Pişəvərinin
“Xatirələrindən” iqtibas edilmişdi.
kitabı endirin
