Dədə Qorqud Kitabının “Dirsə xan oğlu Buğac xan” boyunda belə bir ifadə var: “Səlqum səlqumm tan yelləri əsdikdə”
Yazıçılarımız bu ifadəni Azərbaycan türkcəsinə köçürəndə belə yazıblar: “Salxım-salxım dan yelləri əsdiyində”.
Moğolcada “salxi” (салхи) “külək” anlamındadır. Əski Moğolcada bu kəlmə “salxin” yazılır. Bu kəlmə türkmən, özbək, tatar və s. türkcələrində “salqın” deyilir və “sərin” anlamında işlənir.
“Sərin” də bir moğolca sözcükdür.
Demək, bu “səlqum səlqum tan yelləri” bugünkü dilimizdə “sərin-sərin səhər küləkləri” mənasındadır.
Türkiyəli şair Vedat Türkeli “İstanbul” şeirinin ilk misrasında bu ifadəni gətirib: “Salkım salkım tan yelleri estiğinde”
Ədib Akbayram bu şeiri gözəl səslə oxuyub.
