Tanınmış şair Əlisəmid Kür Salyan rayon qəbiristanlığında dəfn edilib.
APA xəbər verir ki, onun dəfndə mərasimin şairin yaxınları, rayon icitimaiyyəti iştirak edib.
Mərasimdə çıxışçılar Əlisəmid Kürün yaradıcılığı barədə söhbət açıb, onunla bağlı xatirələrini dilə gətiriblər. Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Əməkdar Mədəniyyət işçisi Umud Rəhimoğlu Əlisəmid Kürlə sıx dostluqlarından söhbət açıb: “Mən ilk dəfə və sonuncu dəfə Əlisəmidlə Salyana gəldim və Əlisəmidsiz Bakıya qayıdıram. Biz 45 ildir dostluq edirdik. Əlisəmid Kür öz poeziyası ilə Türk dünyasının dəyərli şairləri sırasında yer almışdı. Biz onunla çox tez-tez görüşürdük, söhbətlərdən usanmırdıq. Bütün söhbətlərinin içində Vətən, torpaq, sevgi var idi. Ruhu şad olsun”.
